Kilisdə 4 min il əvvələ aid zeytun tumları tapıldı

Türkiyənin Kilis şəhərində 4 min il əvvələ aid zeytun tumları tapıldı.

1096823
Kilisdə 4 min il əvvələ aid zeytun tumları tapıldı

Türkiyənin Kilis şəhərində 4 min il əvvələ aid zeytun tumları tapıldı.

Türkiyə-Suriya sərhədində yerləşən və  Anadolu bölgəsinin cənub-şərqindəki ən böyük kurqanlardan biri olan Oylum kurqanında aparılan qazıntı işləri nəticəsində əldə edilən məlumatlar əsasında Kilisin və ətrafının zeytun və zeytun yağı istehsalında əhəmiyyətli yerə malik olduğu müəyyənləşdirildi.

Qaziantep Universitetinin Arxeologiya bölümünün professoru Atilla Engin qazıntıların aparıldığı sahədə zeytun tumları və zeytun yağı istehsalında istifadə olunduğu təxmin edilən bazalt üyütmə daşları, həvəngdəstələr tapıldığını da qeyd edərək, bölgənin əhəmiyyətli bir keçmişi olduğunu dilə gətirdi.
 
 Engin apardıqları elmi və arxeoloji işlərdə zeytun yağından minillərlə əvvəl yalnız qida kimi deyil, eyni zamanda tekstil, dərman sənayesi və mədənçilik kimi müxtəlif sahələrdə istifadə edildiyinin müəyyən olunduğunu vurğuladı, bu yağın, eyni zamanda, bahalı və dəyərli ticarət vasitəsi olduğunu qeyd etdi.



Әlaqәli Xәbәrlәr