Eyfel qülləsinin bir parçası satıldı

1889-cu ildə inşa edilən spiral-pilləkən şəhərin ən məşhur tikilisinin ikinci və üçüncü qatlarından başlayan orijinal pilləkənin bir hissəsi idi.

1096785
Eyfel qülləsinin bir parçası satıldı

  Fransanın paytaxtı Parisdə yerləşən və dünyanın ən çox tanınan abidələrindən olan Eyfel qülləsinin orijinal pilləkəninin bir hissəsi 169 min avroya alıcısını tapıb.

  Milyonlarla turisti Parisə çəkən Eyfel qülləsinin orijinal pilləkənindən spiral bir parça hərracda satışa təqdim olunub.

  1889-cu ildə inşa edilən spiral-pilləkən şəhərin ən məşhur tikilisinin ikinci və üçüncü qatlarından başlayan orijinal pilləkənin bir hissəsi idi.

  Pilləkən 1983-cü ildə yuxarı mərtəbələrə lift qurulduqdan sonra sökülərək 24 hissəyə ayrılıb.

  Hərraca çıxarılan pilləkənin qiymətinin 500 min avroya qalxacağı gözlənilirdi, ancaq parça 169 min avroya satılıb.



Әlaqәli Xәbәrlәr