ABŞ-da "Qara Cümə" çılğınlığı

Amerika Birləşmiş Ştatlarında  alış-veriş çılğınlığı kimi tanınan və satışlarda böyük endirimlərin olduğa "Qara Cümə" (Black Fridy) başladı.

1093501
ABŞ-da "Qara Cümə" çılğınlığı
abd kara cuma2.jpg
abd kara cuma1.jpg

 Amerika Birləşmiş Ştatlarında hər il noyabr ayının dördüncü cümə günü qeyd olunan "Şükran Günü"nünü (Thanksgiving Day) təqib edən "Qara Cümə"də satışlar bu il də cümə axşamından etibarən başladı.
 
 Nyu-Cersi və Nyu-Yorkdakı pərakəndə satış mağazalarının qarşısında uzun növbələr yaradan minlərlə insan dondurucu soyuqda saatlarla satışların başlamasını gözlədi.
 
 Yerli vaxtla bəzi mağazaların17.00-da (Türkiyə vaxtı ilə saat 01.00-da), bəzilərinin də 18.00-da (Türkiyə vaxtı ilə saat 02.00-da) açılması ilə xalq endirimli məhsullara hücum etdi.
 
 "Qara Cümə" endirimlərində ən çox üstünlük verilən məhsullar yenə elektron cihazlar oldu.
 
 Paytaxt Vaşinqtonda da bənzər görüntülər var.
 
 Şəhərdəki böyük marketlər və pərakəndə mağazalarının qarşısında uzun növbələr yaranıb.
 
 ABŞ Milli Meteorologiya Mərkəzi bu ilki  "Şükran Günü"ndə 1901-dən bu yana ən aşağı hava temperaturunun müşahidə olduğunu bildirdi.



Әlaqәli Xәbәrlәr