Hava çirkliliyinin ən çox olduğu ölkə və şəhərlər

ABŞ-ın Çikaqo Universitetinə bağlı Hava Keyfiyyəti Həyat İndeksi qurumu hava kirliliyinin ən yüksək olduğu 10 şəhəri müəyyənləşdirib.

Hava çirkliliyinin ən çox olduğu ölkə və şəhərlər

   Hava çirkliliyinin ən çox olduğu yer Hindistanın Dehli şəhəridir.

  ABŞ-ın Çikaqo Universitetinə bağlı Hava Keyfiyyəti Həyat İndeksi qurumu hava kirliliyinin ən yüksək olduğu 10 şəhəri müəyyənləşdirib.

  Sıralamaya görə,

  1. Ən çirkli havası olan yer Hindistanın Dehli şəhəri sayılıb.
  2. İkinci yerdə Çinin paytaxtı Pekin,
  3. üçüncü isə yenə Hindistanda olan Kəlküttə şəhəridir. Ondan sonra
  4. Makedoniyanın paytaxtı Üsküp,
  5. Amerika Birləşmiş Ştatlarının San-Fransisko,
  6. Polşanın Krakov,
  7. Kosovonun paytaxtı Pristina,
  8. Monqolustanın paytaxtı Ulanbator,
  9. Pakistanın Lahor və
  10. Çinin Çenqdu şəhərləri gəlir.

  Göründüyü kimi, siyahıda, Hindistan və Çindən iki şəhər var.

  Hava Keyfiyyəti Həyat İndeksi qurumu onu da bildirib ki, hava çirkliliyi bir çox səbəblərə görə, hər bir insanın ömrünü orta hesabla 2 il azaldır.

 Hava çirklənməsinə qarşı tədbir görülməzsə, daha təhlükəli vəziyyət yarana bilər.



Әlaqәli Xәbәrlәr