Burun insanın yalan danışıb-danışmadığını bildirir

Burun temperaturu insanın doğru danışıb-danışmadığını ortaya çıxarır.

1092258
Burun insanın yalan danışıb-danışmadığını bildirir

  İspaniyanın Granada Universitetinin alimlərinin iştirakı ilə aparılan təcrübədə insanların yalan danışanda burun temperaturlarının düşdüyü müəyyən olunub. Təcrübələrin 80 faizi bunu təsdiq edib.

  Təcrübə zamanı adamlardan telefonla yaxınlarına zəng edərək onlara yalan danışmaları tələb olunub. Könüllülər səthindəki temperaturun paylanmasını göstərən termal cihazlar vasitəsilə izlənilib.

  İnfraqırmızı görüntülərdə yalan danışan adamların burun temperaturunun 1,2 dərəcə aşağı düşdüyü və alın temperaturunun isə 1,5 dərəcə yüksəldiyi aşkar edilib.

  Alim Emilio Gomez Milanın sözlərinə görə, burun temperaturunda azalma yalan danışmağa çalışan insanın yaşadığı həyəcandan qaynaqlanır. Bununla bərabər, yalan söylənildiyi zaman artan zehni iş alında istiliyin yüksəlməsinə səbəb olur.



Әlaqәli Xәbәrlәr