İordaniyalı şahzadə türk dilini öyrənir

İordaniyalı şahzadə Rahme bint əl-Həsən Yunis Əmrə İnstitutunda Türkiyə tükcəsini öyrənir.

1090714
İordaniyalı şahzadə türk dilini öyrənir

Bir çox ölkədə Türk mədəniyyətinin təqdimatı uğrunda fəaliyyət göstərən Yunis Əmrə İnstitutu türk dilini müxtəlif ölkə vətəndaşlarına öyrətmǝk üçün uğurlu işlər görür.

İnstitutun İordaniyada təşkil etdiyi türk dili kurslarına təkcə Türkiyədə təhsillərinə davam və  Türkiyəyə səyahət etmək istəyənlər yox, kral ailəsi mənsubları da qatılmağa başlayıblar.

  Kral II Abdullahın əmisi qızı Rahme bint əl-Həsən yüzlərlə tələbənin iştirak etdiyi kurslara qatılaraq türk dilini öyrənir.

  İnstitutun direktoru Çingiz Əroğlu İordaniyada türk dilinə marağın hər keçən gün artdığını, hazırda 200 nəfərə türk dilini öğrətməyə davam etdiklərini söyləyib. Onun sözlərinə görə, Türkiyədəki İordaniya və Əl-Yermuk universitetlərində də  yüzlərlə tələbə türk dilini öyrənir.



Әlaqәli Xәbәrlәr