Türk iş adamı ABŞ-da "ən yaxşı iş adamı" mükafatına layiq görüldü

Türk iş adamı Ozan Baran Amerika Birləşmiş Ştatlarının  Miami şəhərində "ən yaxşı iş adamı" mükafatına layiq görüldü.

1089757
Türk iş adamı ABŞ-da "ən yaxşı iş adamı" mükafatına layiq görüldü

Türk iş adamı Ozan Baran Amerika Birləşmiş Ştatlarının  Miami şəhərində "ən yaxşı iş adamı" mükafatına layiq görüldü.
 
 ABŞ-da biznes sahəsində verilən "Miami Synchronicity 2018" İllik Toplantı və Açar Mərasiminin altıncısı dəvət olunmuş 300 qonağın iştirakı ilə Florida ştatının Miami şəhərində keçirildi.
 
Mükafatın rəmzi olan qızıl açarı Barana Miami-Dade bölgəsinin meri Karlos A. Gimenez təqdim etdi.
 
 Gimenez çıxışında: "Miami Synchronicity" mükafatını ilk dəfə bir Türk və müsəlman aldı. Sizi və komandanızı təbrik edir, uğurlarınızın davamını diləyirəm" dedi.
 
 Mərasimdə Türkiyənin Miamidəki Baş konsulu Burç Ceylan və Ozan Baranın həyat yoldaşı Sürəyya Yalçın Baran da iştirak etdilər.
 
 Ozan Baran 1999-cu ildə ABŞ-a getdiyini, 2005-ci ildə isə ilk nəqliyyat şirkətini qurduğunu söylədi.
 
 Baran hazırda 86 tır yükündə bir donanmaya malik olduqlarını da dilə gətirdi.



Әlaqәli Xәbәrlәr