Çinin paytaxtı Pekində hava çirkliliyi xəbərdarlığı

Pekin Bələdiyyəsi Meteorologiya İdarəsindən yayılan məlumatda bildirilib: Şəhərdə təhlükəli seviyyəyə çatan hava çirkliliyi 15 Noyabra qədər davam edəcək. Daha sonra azalmağa başlayacaq.

1086939
Çinin paytaxtı Pekində hava çirkliliyi xəbərdarlığı

Şəhərdə çirkli hava tərkibindəki PM2.5 zərərli maddə miqdarı Dünya Sağlamlıq Təşkilatının müəyyənləşdirdiyi təhlükəli seviyyədən altı dəfə çoxdur. Bu səbəbdən Pekində hava çirkliyi təhlükəsi ikinci mərhələ olan sarı seviyyəyə çıxarılıb. Vətəndaşlar hava çirkliliyi seviyyəsi azalana dək lazımlı tədbirlər almaları barədə xəbərdarlıq edilib. Hava çirkliliyinə gətirib çıxaran tikinti işlərinin dayandırılması istənilib.

Qeyd edək ki, Çində inkişaf və sürətli sənayeləşmə, bir çox şəhərdə hava çirkliyinin artmasına səbəb olur. Elə ki, 1,43 milyard insanın yaşadığı ölkədə hava çirkliliyindən mənbələnən ürək və ağciyər xəstəliklərindən hər il təxminən 1.6 milyon nəfər həyatını itirir.

 



Әlaqәli Xәbәrlәr