Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda maraqlı tapıntılar

Bərpa işlərinin davam etdiyi Türkiyənin İstanbul Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda 2000 illik divarla üzərində qoxu boyunbağısı olan və 1000 yaşında olduğu düşünülən bir skeletə rast gəlindi.

1075696
Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda maraqlı tapıntılar

  Bərpa işlərinin davam etdiyi Türkiyənin İstanbul Heydərpaşa vağzalı ətrafındakı arxeoloji qazıntılarda 2000 illik divarla üzərində qoxu boyunbağısı olan və 1000 yaşında olduğu düşünülən bir skeletə rast gəlindi.

  11 mayda başlayan arxeoloji qazıntı işlərində indiyə qədər onlarla məzar qalığı ortaya çıxarılıb. Ancaq aparılan son işlərdə aşkarlanan məzarda bütövlüyü xarab olmayan, 1000 yaşında olduğu hesab edilən və üzərində qoxu boyunbağısı olan bir skelet tapıldı.

  Qazıntılarla birlikdə Bizans dövrünə aid bir çeşmə də aşkarlanıb. Məlumata görə, qazıntı sahəsində yerləşən su kanalları bu bulağa bağlanır. İstanbulun axar vəziyyətdə olan, tək Bizans bulağı olduğu bildirilən bulağının suyunun içməli olduğu müəyyənləşdirilib. Arxeoloqlar, suyun təmiz qalmasını o vaxtkı mükəmməl memarlıq işlərilə əlaqələndirib.

  Üç muzey mütəxəssisi, 18 müstəqil arxeoloq, 1 bərpaçı, 1 fotoqraf və təxminən 400 işçinin çalışdığı sahədə, perronların olduğu hissədə Hellenistik dövrünə aid olduğu düşünülən, dəmir bəndləmə ilə bir-birinə bağlı, kəsmə dördbucaq blok daşlardan ibarət bir podium aşkara çıxıb. Perronların şimalındakı sahədə isə Qərb sayağı kəsmə dördbucaq blok daşlarla çox düzgün şəkildə inşa edilmiş, sandıq divar üsulu ilə düzəldilmiş böyük bir divar aşkar edilib.

  Uzunluğu 100, eni 3 metr olan bu divarın hələlik hansı dövrə aid olduğu dəqiq müəyyən olunmayıb. Arxeoloqlar divarın 2 min illik keçmişə malik sütun divarın davamı olduğunu düşünür. Divarın önündəki ərazi quruluşunu araşdıran arxeoloqlar limanın bu nöqtədən başladığını bildirib.

  İbrahimağa ərazisində aparılan qazıntılarda da Orta Bizans dövrünə aid keramik kərpic soba aşkara çıxıb.

  Qazıntı sahəsində davam edən işlərdə indiyə qədər təxminən 2 min sikkə tapılıb. Qızıl və gümüş sikkələr diqqətlə öyrənilir. Bəzi sikkələr olduqca təmizdir, üzərindəki yazılardan harada basıldığı və dövrünə aid məlumatlar var. Tapılan sikkələrdən bəziləri 610- 641-ci illərə -  III Konstantinos və 527- 565-ci illərə - I Yustinianusa (Justinianus) aiddir.



Әlaqәli Xәbәrlәr