"Selfie"dən həyatlarını itirənlərin sayı

İnsanların sosial media hesablarında rəğbət toplamaq üçün yüksək ərazilərdə özçəkim edərək həyatlarını riskə atması bəzən ölümlərilə nəticələnib.

1062869
"Selfie"dən həyatlarını itirənlərin sayı

  Son 6 ildə dünya üzrə 259 nəfər özçəkim (selfie) edərkən həyatını itirib.

  2011-2017-ci illəri əhatə edən araşdırmaya görə, dünyanın fərqli yerlərində 259 adam özçəkim zamanı ölüb.

  İnsanların sosial media hesablarında rəğbət toplamaq üçün yüksək ərazilərdə özçəkim edərək həyatlarını riskə atması bəzən ölümlərilə nəticələnib.

  259 ölümün ən geniş yayılmış səbəbləri olaraq boğulma, nəqliyyatda baş verən qəza, heyvan təcavüzü, elektrik vurması, yanğın və s. göstərilib.

  Araşdırmaçılar bu cür ölümlərin qarşısının alınması üçün bəzi yerlərdə "selfiyə qadağa sahələr" tablosunun asılmasını təklif edir. Çünki özçəkim zamanı ölümlərin çoxu əsasən dağ zirvələri, yüksək binalar və göllərdə olur.

  Məsələn, son olaraq 2018-ci ilin sentyabrında Amerika Birləşmiş Ştatlarında 18 yaşlı Tomer Frankfurter 250 metr hündürlükdən, Avstraliyada isə iyul ayında 19 yaşlı Qevin Simermen uçurum kənarında özçəkim edərkən düşərək həyatlarını itiriblər.



Әlaqәli Xәbәrlәr