Rusiyalı turistlərin Türkiyəyə axını davam edir

Rusiyalı turistlər payız fəslinin başlamasına baxmayaraq Türkiyəyə axın etməkdə davam edirlər.

1060783
Rusiyalı turistlərin Türkiyəyə axını davam edir

Rusiya səyahət agentlikləri birliyinin (ATOR) məlumatına görə, sentyabr-oktyabr aylarında Rusların dincəlmək üçün seçtikləri ölkələrin başında Türkiyə gedir. Məlumatda bildirilir ki, Türkiyə əlverişli hava şəraiti və qiymətlərin ucuz olmasına görə Noyabr ayında da rusları cəlb etməkdə davam edəcək. Bu ilin payız mövsümündə, ötən ilin müvafiq dövrünə görə Türkiyəyə səyahət etmək istəyənlərin sayında 40% artım qeydə alınıb. Rusların Türkiyə seçimində rublun dollar qarşısında çox dəyər itirməməsi təsirli olub. Antaliyanın Lara və bələk kimi dincəlmə mərkəzləri başda olmaqla İstanbulda rusların diqqətlərini cəlb edir.

Antaliya Mədəniyyət və Turizm idarəsinin məlumatına görə yanvar-sentyabr aylarında Antaliyanı təxminən 11,1 milyon xarici turist ziyarət edib. Bunun 38,83%-i Rus olub. Səlahiyyətlilər ilin axırına Türkiyəni ziyarət edəcək rus turist sayının təxminən 6 milyon nəfərə çatacağını proqnozlaşdırırlar.



Әlaqәli Xәbәrlәr