Kapatokiyadan başqa Türkiyədə daha 9 bölgədə balonlarda uçuş

Turizmə töhfə məqsədilə Kappadokiya ilə yanaşı Türkiyədə daha 9 bölgədə balonlarda uçuş çalışmaları tamamlandı.

1058007
Kapatokiyadan başqa Türkiyədə daha 9 bölgədə balonlarda uçuş

  Ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi (SHGM - Sivil Havacılık Genel Müdürlüğü) hava balon nəqliyyatının Nevşehir-Kapadokya ilə yanaşı Burdur-Bucak, Denizli-Pamukkale, Adana-Kozan, Bitlis-Ahlat, Ankara-Polatlı, Afyonkarahisar-İhsaniye, Eskişehir-Seyitqazi, Samsun-Bafra, Aksaray-İhlarada da olacağını bildirib.

  Balon turu ölkənin turizm potensialını daha da inkişaf etdirmək məqsədilə keçən il SHGM Pamukkale bölgəsində 5 balonun biznes-aviasiya fəaliyyətinə lisenziya verdi, digər 3-ü üçünsə razılıq əldə olundu.

  Qeyd edək ki, Türkiyə hava balonçuluğu sahəsində lazımi sərnişin sayı və uçma günü baxımından dünyanın ən böyük turizm-ticarət əməliyyatını aparır. SHGM məlumatına görə, Kappadokiya bölgəsində 25 hava balonu müəssisəsi 239 hava balonu ildə orta hesabla 260 gün uçuş həyata keçirir. Gündə 90-ə yaxın uçuş zamanı ildə 500 minə qədər turistə xidmət göstərilir.

  SHGM Nevşehir Nümayəndəliyindən verilən məlumata görə, Almaniya, İngiltərə, Fransa və Hollandiya kimi Avropa ölkələrində hava şərtlərilə əlaqədar ildə orta hesabla 60, Avstraliyada 110-120, Keniyada isə 150-170 gün uçuş həyata keçirilir.



Әlaqәli Xәbәrlәr