Rus iş adamının yaxtasına 3 milyon lirəlik yanacaq doldurulacaq

Rus iş adamı Viktor Raşnikova aid lüks yaxta Türkiyənin Muğla şəhərinin Fəthiyə rayonundakl limanda lövbər saldı.

1053511
Rus iş adamının yaxtasına 3 milyon lirəlik yanacaq doldurulacaq

Rus iş adamı Viktor Raşnikova aid lüks yaxta Türkiyənin Muğla şəhərinin Fəthiyə rayonundakl limanda lövbər saldı.

Dünyanın ən böyük yaxtalarından biri olduğu bildirilən “Ocean Victory” səhər saatlaında Fəthiyə limanına yaxınlaşdı.

Yaxtaya 26 tankerlə Əliağa Emalı Zavodundan gətirilən 550 min litr yanacaq doldurulmağa başladı.

 Maye yanacağın doldurulmasının axşam saatlarına qədər davam edəcəyi bildirilir.

 İş adamı yanacaq üçün təxminən 3 milyon lirə ödəyəcək.

 400 milyon dollar dəyərindəki yaxtanın sabah səhər saatlarında limandan ayrılacağı qeyd edilir.

 Lüks yaxtada vertolyot meydançası,  hovuz, cakuzi, yemək və iclas zalı, iş otağı və idman alətləri var.



Әlaqәli Xәbәrlәr