Kim Çen In Cənubi Koreya prezidentinə iki ton bahalı göbələk hədiyyə edib

Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarına hədiyyə olaraq iki ton matsutake delikates göbələyi verib.

1053564
Kim Çen In Cənubi Koreya prezidentinə iki ton bahalı göbələk hədiyyə edib

Şimali Koreya lideri Kim Çen In cənubi koreyalı həmkarına hədiyyə olaraq iki ton matsutake delikates göbələyi verib.

Cənubi Koreyanın rəhbərinin mətbuat katibinin sözlərinə görə, göbələk Seula təyyarə ilə gətirilib və prezident onların Koreya müharibəsi zamanı ayrılmış və hələ də KXDR-də olan qohumları ilə qovuşmayan ailələrə paylanmasına dair göstəriş verib.

Qeyd edək ki, matsutake göbələkləri Yaponiya, Çin, Koreya və Şimali Amerika mətbəxində xüsusilə dəyərlidir. Bu göbələklər toplandıqdan iki-üç gün sonra əmtəə formasını itirir.

report.az



Әlaqәli Xәbәrlәr