Əbədi işləyən saat yaradılıb

Avstraliyalı mütəxəssislər hazırlanmasında sapfirdən istifadə edilmiş cihaz təqdim ediblər.

1050614
Əbədi işləyən saat yaradılıb

Məlumata görə, qurğunun işlənib hazırlanmasına 20 il vaxt sərf olunub.

Unikal saatın əsasını kriogen sapfirdən hazırlanmış ossilyator təşkil edir. O, praktiki olaraq sıfırdan -267 selsi dərəcəyədək soyudan 1200 karatlıq sapfir kristaldan hazırlanıb.

Yeni saat istənilən kommersiya analoqundan min dəfə daha dəqiq işləyir. Cihaz saniyədə 10 milyard dəfə sürətlə tıqqıldayır. Sapfir saatın işləmə müddəti əlavə sazlamalar olmadan 40 milyon ilə bərabərdir.

 

 

Mənbə: Trend informasiya agentliyi



Әlaqәli Xәbәrlәr