Yeni implantat epilepsiya tutmalarının qarşısını alacaq

Böyük Britaniyanın Kembric Universiteti və Fransanın Paris Dağ Məktəbinin tədqiqatçıları epilepsiya tutmasının ilkin əlamətlərinə reaksiya verən qurğunu siçanların beyninə implantasiya ediblər.

1041304
Yeni implantat epilepsiya tutmalarının qarşısını alacaq

Böyük Britaniyanın Kembric Universiteti və Fransanın Paris Dağ Məktəbinin tədqiqatçıları epilepsiya tutmasının ilkin əlamətlərinə reaksiya verən qurğunu siçanların beyninə implantasiya ediblər. Tutmanın dayandırılması üçün qurğuya bir faizdən az kimyəvi maddənin yerləşdirilməsi tələb olunur. Buna görə də implantat xeyli vaxt ərzində əlavə enerjidoldurmaya ehtiyac duymadan işləyə bilir.

İmplantat insan saçından iki dəfə daha qalın plastik kütlədən hazırlanıb. İstehsalçılar implantın yaxın 2 il ərzində insanlar üzərində sınaqdan keçirilə biləcəyini iddia edirlər.

 

 

Mənbə:AZƏRTAC 



Әlaqәli Xәbәrlәr