II Əbdülhəmidin zamanından bu yana 109-cu dəfə qurulan "Pavli" yarmarkası

Türkiyənin ən qədim bazarı, Frakiyanın ayağında yerləşən yeganə yarmarka "Pavli" Kırklarelindən 60 kilometr uzaqlıqda, 2 min əhalisi olan Pehlivanköy qəsəbəsində fasiləsiz 109 ildir qurulur.

1031649
II Əbdülhəmidin zamanından bu yana 109-cu dəfə qurulan "Pavli" yarmarkası
pavli.jpg
pavli qanayiri.jpg

  Türkiyənin Kırklareli rayonu Pehlivanköy qəsəbəsində Sultan II Əbdülhəmidin fərmanı ilə 1910-ci ildə qurulan "Pavli" yarmarkası avqustun 14-də 109-cu dəfə təşkil ediləcək.

  Türkiyənin ən qədim bazarı, Frakiyanın ayağında yerləşən yeganə yarmarka "Pavli" Kırklarelindən 60 kilometr uzaqlıqda, 2 min əhalisi olan Pehlivanköy qəsəbəsində fasiləsiz 109 ildir qurulur.

  Yarmarka, xüsusilə, bölgə camaatı həm bir araya gəlir, əylənir, həm də məhsullarını satırlar.

  Pehlivanköy qəsəbəsinin bələdiyyə sədri Hüseyn Açıkel verdiyi məlumatda deyib: “109-cu dəfə qurulan bu yarmarka yeganə yarmarkadır ki, burada əyləncə də var. Bazar avqustun 14-ü səhərindən müxtəlif tədbirlərlə başlayıb 16 sentyabra qədər davam edəcək. “Pavli” yarmarkasının tayı-bərabəri yoxdur. 2 min nəfərlik qəsəbə bu yarmarka zamanı 150 mindən çox adamla dolur. Təkcə ölkəmiz deyil, dünyanın da bir çox yerindən bölgəyə turistlər gəlir."



Әlaqәli Xәbәrlәr