Yaponiyada dövlət qurumlarında siqaret çəkmək qadağan olunur

Yaponiyada dövlət qurumlarında siqaret qadağasını nəzərdə tutan qanun qəbul olundu.

1014844
Yaponiyada dövlət qurumlarında siqaret çəkmək qadağan olunur

Yaponiyada dövlət qurumlarında siqaret qadağasını nəzərdə tutan qanun qəbul olundu.
 
 Ölkədə ilk dəfə qəbul edilən qanuna görə, məktəb, xəstəxana və dövlət idarələrində siqaret çəkilməyəcək.
 
Qurumların 100 kvadratmetrlik  həyətə malik olması halında bu sahələrdə siqaret çəkməyə icazə veriləcək.
 
 Bu qanunla 2020-ci ildə keçiriləcək Tokio Olimpiya Oyunlarında siqaret çəkmə nisbətinin azaldılması məqsədi güdülür.
 
 Qanun bu tarixə qədər mərhələli şəkildə tətbiq olunacaq.
 
 Təxminən 127 milyon əhalisi olan Yaponiyada 20 milyon insanda nikotin asılılığı olduğu ehtimal edilir.


Etiketlәr: #Yaponiya , #siqaret , #qadağa

Әlaqәli Xәbәrlәr