Qış Olimpiya Oyunları üçün Koreyaya gedən 10 mindən çox əcnəbi geri qayıtmadı

Pyeonqçanq (Pyeongchang) Qış Olimpiya Oyunları üçün Cənubi Koreyaya gedən 10 mindən çox əcnəbi ölkələrinə qayıtmayıb.

1003379
Qış Olimpiya Oyunları üçün Koreyaya gedən 10 mindən çox əcnəbi geri qayıtmadı

   Yonhap agentliyinin məlumatına görə, 9-25 fevral tarixlərində qış olimpiya oyunları zamanı vizasız giriş tətbiq etməsiylə əlaqədar Cənubi Koreyaya 351 min 739 əcnəbi getdi. Keçən ayın sonu xarici seyrçilərdən 11 min 535-inin Cənubi Koreyada qanunsuz yaşadığı təsdiq olub.

  Qeyd edək ki, Cənubi Koreya Pyeonqçanq Qış Olimpiya Oyunlarıyla əlaqədar ölkəyə gəlmək üçün 90 günlük vizasız giriş tətbiq etmişdi.



Әlaqәli Xәbәrlәr