Arakanlı müsəlmanlar üçün bambuk evlər tikilir

Bölgənin iqlim şərtlərinə uyğun, içində 8 nəfərə yaxın ailənin yaşaya biləcəyi min ədəd bambuk ev layihəsinin tikinti prosesinin böyük hissəsi tamamlanıb.

1000691
Arakanlı müsəlmanlar üçün bambuk evlər tikilir

Banqladeşdəki arakanlı müsəlmanlar üçün min ədəd bambuk ev və ortaq həyat sahəsi layihəsinin tikinti işlərində sona yaxınlaşdığını bildirən Bəşir dərnəyi təqribən min arakanlı ailənin içməli su, təlim, təmizlik kimi gündəlik ehtiyaclarla təmin edilməsini hədəf götürüb.

Türkiyədə ölkədə daxilində və xaricində humanitar fəaliyyətləri göstərən Bəşir dərnəyinin verdiyi məlumata görə, dərnək Banqladeşə sığınan Thanakhali düşərgəsindəki arakanlı müsəlmanlar üçün bambuk şəhər layihəsinin fəaliyyətlərini sürətli şəkildə davam etdirir.

Bölgənin iqlim şərtlərinə uyğun, içində 8 nəfərə yaxın ailənin yaşaya biləcəyi min ədəd bambuk ev layihəsinin tikinti prosesinin böyük hissəsini tamamlayan dərnək təqribən 30 min kvadratmetrlik sahədə inşa işləri davam edən məhəllədə məktəb, məscid, su quyuları, tualet və vanna otağı kimi ortaq istifadə ediləcək binalarla minlərlə arakanlının ehtiyaclarını ödəyəcək.



Әlaqәli Xәbәrlәr