Türk Hava Yollarının 85-ci ildönümü üçün hazırlanan xüsusi reklam filmi

Türk Hava Yolları (THY) 85-ci ildönümü üçün xüsusi hazırlanan yeni reklam filmini yayımladı.

991023
Türk Hava Yollarının 85-ci ildönümü üçün hazırlanan xüsusi reklam filmi

Türk Hava Yolları (THY) 85-ci ildönümü üçün xüsusi hazırlanan yeni reklam filmini yayımladı.

THY Mətbuat xidmətinin məlumatına görə, imtiyazlı xidmət və davamlı olaraq özünü müasirləşdirmə anlayışı ilə hazırda dünyanın 121 ölkəsindəki 303 nöqtədə Türkiyənin bayrağını qürurla dalğalandıran milli hava yolu geridə buraxdığı 85 ilin xatirəsinə mənalı reklam filmi hazırladı.

1947-ci ildəki ölkə xaricinə ilk uçuş görüntülərilə başlanan filmdə 1974-cü ildəki Kıbrıs Sülh Hərəkatı uçuşu və yapon vətəndaşların xilas edilməsi də yer alıb.

“Gözlənilməyən sərnişin” kimi qiymətləndirdikləri 1990-cı ildə təyyarədə anadan olan bir çağanın görüntüsü ilə insanı duyğulandıran THY Dünya Kupokunda 3-cü yeri tutan A Milli Futbol Komandasının ölkəyə qayıdışını da nümayiş etdirən film ilə həm duyğulandırdı həm də qürurlandırdı. Reklam filmi böyük rəğbətlə qarşılandı.

THY filmi “Youtube” səhifəsində “Hər reysdə fərqli duyğulara qərq olduq. Lakin hər dəfəsində bu bayrağı daşımağın qüruru ilə yüksəldik səmaya” sözlərilə paylaşıldı.



Әlaqәli Xәbәrlәr