Fransanın paytaxtı Parisdə dinozavr skeleti 2.36 milyon dollara satıldı
Parisin "Aquttes” hərrac altında diplodok dinozavrının skeleti nə az, nə çox 2.36 milyon dollara çəkic altına gəlib.
986350

Fransa mətbuatında əks edən məlumata görə Skeletin hündürlüyü 2.6 metr, uzunluğu isə 9 metr təşkil edir.
Hərrac təşkilatçılarının məlumatına görə 2013-2015-ci illər arasında ABŞ-nın Vyominq əyalətində aparılan qazıntılarda aşkar edilən dinozavr 150 milyon il əvvəl yaşayıb.
Qeyd edək ki, Aguttes satışdan əldə edilən gəlirin bir hissəsinin vəhşi həyatı qoruma fonduna veriləcəyini açıqlayıb.
Әlaqәli Xәbәrlәr
Sibirdə yunlu kərgədan tapılıb
Rusiyanın Sibir bölgəsindəki buzlaqlarda 14 min il əvvəl nəsli kəsilmiş yunlu kərgədan tapılıb.