Velosipedlə dünya turuna çıxan ata-qız Kastamonuda

İngiltərənin paytaxtı Londondan təxminən 2 ay əvvəl Nepala velosipedlə yola düşən 58 yaşlı Nick Parks və onun 24 yaşlı qızı Tara Parks Kastamonunun Hanönü rayonuna qədər gəldilər.

985456
Velosipedlə dünya turuna çıxan ata-qız Kastamonuda

İngiltərədə müəllim işləyən Nick Parks qızı Tara ilə birlikdə aprelin 3-də Nepala velosipedlə getmək üçün yola düşdülər.

Hollandiya, Almaniya, Slovakiya, Macarıstan, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya və Yunanıstandan keçərək Türkiyəyə gəldiklərini bildirən Parks 4800 kilometr yol qət etdiklərini söylədi.

Nick Parks Sinop, Samsun, Ordu və Trabzona qədər qızını müşayiət edəcəyini, Trabzonda qalaracağını, ordan təyyarə ilə İngiltərəyə geri qayıdacağını, qızının isə Nepal səyahətinə tək başına davam edəcəyini qeyd etdi.

Londonda bir şirkətdə katibə işləyən Tara Parks isə Trabzondan sonra Gürcüstan, Azərbaycan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin və Hindistandan sonra Nepala qədər 12 min kilometr pedal çevirəcəyini söylədi.

Tara Parks Türk insanının çox mehriban və qonaqpərvər olduğunu vurğuladı.

Hanönü rayonunda fasilə verən ata və qızı alış-veriş edib dincəldikdən sonra yollarına davam etdilər.

 

 

 



Әlaqәli Xәbәrlәr