Pilotsuz uçan aparatlar artıq yemək sifarişi alır

Çinin Şanxay şəhərində bir şirkət yemək sifarişlərinin təhvilində kiçik PUA-lardan istifadəyə başlayıb.

984328
Pilotsuz uçan aparatlar artıq yemək sifarişi alır

  Müxtəlif sahələrdə getdikcə daha çox istifadə olunmağa başlayan pilotsuz uçan aparatlar (PUA) artıq yemək sektorunda da genişlənir.

  Çinin Şanxay şəhərində bir şirkət yemək sifarişlərinin təhvilində kiçik PUA-lardan istifadəyə başlayıb və “bununla həm iş qüvvəsi, həm zaman, həm də xərc azalır” deyə bildirib.

  Qeyd edək ki, hələlik sınaq mərhələsində olan bu sistemdə 57 kvadrat kilometrlik bir sahə və 17 marşrut üzrə kiçik PUA-lardan istifadə edilir. Gələcəkdə pilotsuz uçan aparatlarla yemək sifarişi və təhvilini genişləndirmək nəzərdə tutulur.



Әlaqәli Xәbәrlәr