Dünyada 1.2 milyard uşaq risk altında yaşayır

Bu beynəlxalq qeyri hökumət təşkilatlarından “Save the Children”nin hesabatında bildirilib.

982806
Dünyada 1.2 milyard uşaq risk altında yaşayır

Təşkilatın hesabatına görə dünyadaki uşaqların 50% çoxu yoxsulluq, qarşıdurma və qızlara qarşı ayrı-seçkilik riski ilə qarşı-qarşıyadır.

Hesabatda bildirilir ki, 1 milyard uşaq yoxsulluq, 240 milyonu qarşıdurma və 575 milyon qız uşağı isə qızlara qarşı ayrı-seçkilik riski altına yaşayır. Aparılan araşdırmaların nəticələrinə görə uşaq hüquqlarının ən güclü olduğu ölkələrin başında sırasıyla Sinqapur, Sloveniya, Norveç, İsveç və Finlandiya gedir.

 

 



Әlaqәli Xәbәrlәr