Malayziyaya mǝxsus tǝyyarǝnin axtarışı dayandırılır

2014-cü ildə Hind okeanında göyərtəsindəki 239 sərnişinlə yoxa çıxan Malayziyaya məxsus təyyarənin axtarışları  dayandırılır.

977916
Malayziyaya mǝxsus tǝyyarǝnin axtarışı dayandırılır

Bu barədə Malayziya Nəqliyyat naziri Antoni Loke məlumat verib.  Loke   bildirib  təyyarinin  axtarışları 29 mayda dayandırılacaq. 

ABŞ-ın “Ocean Infinity” şirkəti Malayziya hökuməti ilə razılaşma əsasında bu ilin 24 yanvarında axtarışlara yenidən başlamışdı. Təyyarənin qalıqları tapılacağı təqdirdə şirkətə 70 milyon dollar ödəniləcəkdi. Lakin, 60 işçinin 8 sualtı gəmisi vasitəsilə apardığı araşdırmalar heç bir nəticə verməyib.



Әlaqәli Xәbәrlәr