Beynində həm şiş, həm də diş olan gənc

Türkiyənin Sinop şəhərində bir nəfər 26 ildir beynindəki dişlə yaşayır.

945302
Beynində həm şiş, həm də diş olan gənc

Türkiyənin Sinop şəhərində bir nəfər 26 ildir beynindəki dişlə yaşayır.

Dəniz Mizraqlı adlı bir musiqiçi 4 il əvvəl səhhəti ilə bağlı xəstəxanaya müraciət edərkən beynində bir şiş və diş olduğu məlum olub.

Həmin şəxsin beynindəki şiş əməliyyatla götürülsə də, diş hələ də qalmaqdadır. Buna səbəb həkimlərin beyindəki dişin götürülməsindən sonra yaranan fəsadlardan ehtiyat etməsidir. Belə ki, hələ ana rəhmindəykən D.Mizraqlının beynində əmələ gələn dişin əməliyyatla xaric edilməsi nəticəsində gəncin görmə, danışma və hərəkət etmədən məhrum olma təhlükəsi var. Şişin xaric edilməsindən sonra özünü yaxşı hiss etdiyini deyən musiqiçi risk səbəbindən dişin götürülməsinə etiraz edib.

Həkimlər nadir də olsa, tibdə bu cür hadisələrə rast gəlindiyini vurğulayıblar.

Mənbə: AZƏRTAC


Etiketlәr: #beyin , #şiş , #gənc

Әlaqәli Xәbәrlәr