Polis körpə oğrusu Meymunu axtarır

Hindistanın Orissa əyalətində, daxil olduğu evdən körpə oğurladığı iddia edilən  meymun axtarılır.

942698
Polis körpə oğrusu Meymunu axtarır

Məlumata görə  Orissa  əyalətində bir evə daxil olan  meymunun şənbə günü oğurladığı körpə bazar günü  evin həyətindəki quyuda tapılıb.

Meymunların qida oğurlamaq üçün evlərə daxil olduqlarını ifadə edən vilayət polisi, belə bir  hadisənin ilk dəfə  cərəyan etdiyini qeyd  edərkən, bölgədə vəzifəli Polis məmuru PC Pradhan bildirib ki,  körpə  oğurlayan meymunun  tutulması üçün mütəxəssislər ilə əməkdaşlıq edirik. Bir həftə ərzində onun ələ keçiriləcəyinə inanıram.

 



Әlaqәli Xәbәrlәr