Əlcəzayirdə Qızılca epidemiyası sürətlə yayılır

Əlcəzayir Səhiyyə Nazirliyinin məlumatına görə epidemiyaya yoluxan xəstələrdən 12-si həyatını itirib

928379
Əlcəzayirdə Qızılca epidemiyası sürətlə yayılır

Əlcəzayir Səhiyyə Nazirliyinin rəsmisi Cəmal Furar, qızılca xəstəliyinin 13 şəhərə yayıldığını və bazar günündən etibarən 2 min 317 nəfərdə qızılca epidemiyasının qeydə alındığını bildirib. Furarın sözlərinə görə iki ay əvvəl xəstəliyin qeydə alındığı El Vadi şəhərində min 47, vurgilə şəhərində isə 797 nəfər qızılca xəstəliyinə düçar olub. Bunlardan 12-si həyatını itirib. Əlcəzayir Səhiyyə Nazirliyi epidemiyanın yayılma səbəblərinin araşdırılması üçün işlərə başlayıb.

 



Әlaqәli Xәbәrlәr