Almaniyada dizel maşınlara qadağa qoyulur

Almaniyanın Leipzig şəhərində, Federal İnzibati Məhkəmə hava çirkliliyinin sıx olduğu şəhərlərdə dizel maşınların istifadəsinin qadağan edilməsini nəzərdə tutan qərar qəbul edib.

919748
Almaniyada dizel maşınlara qadağa qoyulur

Məhkəmə Dusseldorf və Ştuttqartda dizel yanacağı ilə işləyən avtomobillərin qadağan edilməsi üçün qəbul olunan yerli məhkəmə qərarlarının apellyasiyaya müraciətini də rədd edib. Bundan başqa, qəbul olunan qərarın Avropa Ədalət Məhkəməsinə şikayət edilməsinə də ehtiyac olmadığına qərar verib.

 Dizel avtomobillərin istifadəsinin mərhələli olaraq qadağa edilməsinin lazım gəldiyi ifadə edilən qərarda, Stuttgart şəhərində 1 Sentyabrdan əvvəl bir qadağa qərarının tətbiq edilməsinin mümkün olmadığı qeyd edilib.

Qərarda himçinin bildirilib ki, iş adamları kimi bəzi seqmentlərə xüsusi qaydalar tətbiq edilməlidır.



Әlaqәli Xәbәrlәr