Gözlər qəlbin aynasıdır...

“Google”-ın süni intellekt mütəxəssisləri gözün torlu qişasının skan edilməsi ilə infarkt riskini təxmin edən proqram hazırlayıblar.

916438
Gözlər qəlbin aynasıdır...

Məlumata görə, süni intellekt alqoritmi torlu qişa şəklinə əsasən pasiyentdə 5 il ərzində infarkt, insult, ciddi ürək-damar xəstəliklərinin yaranması ehtimalını düzgün proqnozlaşdıra bilib.

Araşdırma çərçivəsində alqoritmin torlu qişanın skan edilməsi əsasında pasiyentin yaşı, siqaret asılılığı olub-olmadığı və təzyiqi ilə bağlı doğru məlumatlar verdiyi təsbit edilib.

Həmin faktorları düzgün qiymətləndirən proqramın daha sonra aralarında 5 il ərzində ürək-damar xəstəlikləri keçirənlərin olduğu 284 min 335 xəstənin sağlamlıqları haqqında məlumatlarını və torlu qişa fotoşəkillərini araşdıraraq kardiovaskulyar riskləri aşkar etməsi üçün daha da təkmilləşdirildiyi bildirilib.

Ekspertlər alqoritmin iki torlu qişa görüntüsündən hansının sahibinin kardiovaskulyar risklə daha çox üz-üzə qalması barədə 70 faiz düzgün informasiya verdiyini müşahidə ediblər.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr