Qlobal turist sayı keçən il 1,3 milyarda çatıb

2017-ci ildə beynəlxalq turist sayı, 2016-cı ilə müqayisədə 6,7% artaraq, 1 milyard 322 milyona çatıb

914258
Qlobal turist sayı keçən il 1,3 milyarda çatıb

BMT-nin Dünya Turizm Təşkilatının (UNWTO) Dünya Turizmi Barometri hesabatına görə, 2017-ci ildə beynəlxalq turist sayı, 2016-cı ilə müqayisədə 6,7% artaraq, 1 milyard 322 milyona çatıb. Bu da 2010-cu ildən bəri ən yüksək turist sayı hesab edilir.

Qitə əsaslı olaraq Avropada və Afrikada qlobal turizmin inkişafı bir əvvəlki ilə müqayisədə 8%, Asiya və Sakit okean bölgəsində 6%, Yaxın Şərqdə 5%, ABŞ-da isə 3% olub.

Avropa qitəsi 671, Asiya və Sakit Okean ölkələri 324, Amerika 207, Afrika 62, Yaxın Şərq 60 milyon beynəlxalq turistə ev sahibliyi edib.

2018-ci il beynəlxalq səyahət edənlərin nisbətinin isǝ 4%-5% artacağı proqnozlaşdırılır.



Әlaqәli Xәbәrlәr