Fransanın paytaxtı Parisdə güçlü qar yağışı həyatı ifliç etdi

Paytaxt Parisdə güçlü qar yağışının yağması nəticəsində şəhərin simvolik strukturlardan olan Eyfel qülləsinə ziyarətlər, Paris və ətrafdakı şəhərlərə avtobus səfərləri dayandırılıb.

906415
Fransanın paytaxtı Parisdə güçlü qar yağışı həyatı ifliç etdi

Yollarda avtomobilləri ilə qapalı qalan bir çox sürücü şəhərin müəyyən nöqtələrindəki sığınacaqlara yerləşiblər. Bir çox yerə olan uçuşlar təxirə salınarkən, bəziləri isə ləğv edilib. Qar yağışı bu gün də təsirini artıraraq davam edəcək.

Qeyd edək ki, ötən həftə də güçlü yağışların yağması Seine çayının daşmasına və şəhərin bundan mənfi təsirlənməsinə səbəb olmuşdu.



Әlaqәli Xәbәrlәr