Bali adasında vulkan yenidən püskürdü

İndoneziyanın Bali adasındakı Aqunq vulkanı yenidən püskürməyə başlayıb.

888340
Bali adasında vulkan yenidən püskürdü

Milli Afətə  qarşı  mübarizə Agentliyinin sözçüsü Sutopo Purwo Nugrohonun məlumatına görə təbiət hadisəsi nəticəsində  2500 metr hündürlüyə kül atılır.

Bölgədə təcili vəziyyətin davam etdiyini ifadə edən Nugroho, insanlara vulkandan 6 kilometr uzaqda qalmaları haqqında çağırış edib.

Krater və Geoloji Fəlakətlərə qarşı mübarizə Mərkəzi (PVMBG), krater partlamasının qısa müddətdə baş verdiyini, təhlükənin hələ də davam etdiyini bildirib.



Әlaqәli Xәbәrlәr