Dünyaca məşhur fizik: "Yer kürəsi istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir"

Məşhur fizikdən Yerlə bağlı qorxunc proqnoz: Cəhənnəmə dönəcək!

886545
Dünyaca məşhur fizik: "Yer kürəsi istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir"

Dünyaca məşhur fizik: "Yer kürəsi istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir"

İngilis nəzəriyyəçi-fiziki Stiven Hokinq hesab edir ki, Yeri Günəş sisteminin digər planetlərinin, məsələn, Veneranın taleyi gözləyir.

Hokinq bu barədə özünün "Sevimli yerlər" (Stephen Hawking's Favourite Places) videolayihəsi çərçivəsində danışıb. O, qeyd edib ki, 200 ildən sonra artıq insanların yeni "ev"ə ehtiyacı yaranacaq.

Alimin fikrincə, iqlim dəyişiklikləri bəşəriyyəti yox olmağa doğru aparır, Yer kürəsi isə istiləşmə ucbatından cəhənnəmə çevrilməkdədir.

Əgər bəşəriyyət parnik qazıları tullantılarını ixtisar etməsə, gec-tez Yerdə orta temperatur 460 dərəcəyə çatacaq.

Alimlər hesab edirlər ki, 4 milyard il əvvəl Venera praktiki olaraq Yerin eyni olub. Onun atmosferi, dənizləri və bitki örtüyü var imiş. Amma bir sıra səbəblərdən planet sadəcə "məhv olub".

"Yer kürəsinin 4,5 milyard il yaşının olduğunu nəzərə alsaq, 200-500 il kifayətdir ki, Yer kürəsi tamamilə həyatın olmadığı səhraya çevrilsin" – Hokinq deyib.

Bununla əlaqədar olaraq, Hokinq, ətraf mühitin tullantılarla çirkləndirilməsinin azaldılması ilə bağlı beynəlxalq müqavilələri xatırladıb. Fizik ABŞ prezidentini Amerikanı iqlimlə bağlı Paris razılaşmasından çıxmaqla planetimizin "ölüm hökmünü imzalamaq"da günahlandırıb.


sputnik.az



Әlaqәli Xәbәrlәr