Avstraliyada 103 il əvvəl itmiş sualtı qayıq tapıldı

Avstraliyanın ilk sualtı qayığının qalıqları o itdikdən 103 il sonra tapıldı.

872873
Avstraliyada 103 il əvvəl itmiş sualtı qayıq tapıldı

Avstraliyanın ilk sualtı qayığının qalıqları o itdikdən 103 il sonra tapıldı.

Bununla bağlı məlumatı cümə axşamı ölkənin Müdafiə Nazirliyi yaydı.

"Avstraliyanın qocaman hərbi-dəniz sirri Papua - Yeni Qvineyanın tərkibinə daxil olan Dyuk-of-York adaları sahillərində ölkənin ilk sualtı qayığı olan "HMAS AE1"nin tapılması açılıb", - deyə Nazirliyin saytında yerləşdirilmiş məlumatda bildirilib.

Sualtı qayığın yerini ötən həftə başlayan ekspedisiya zamanı müəyyən etmək mümkün olub. "The Australian" qəzetinin məlumatına görə, sualtı qayığı sayca on üçüncü dəfə tapmaq cəhdi uğurla nəticələnib. Bildirilir ki, gəmi 300 metr dərinlikdə olub.

Sualtı qayıq 1914-ci ilin 14 sentyabrında Yeni Britaniya adaları (Papua - Yeni Qvineyanın tərkibinə daxildir) rayonunda itkin düşüb. İndiyədək onun itməsinin səbəbləri məlum deyil.  Onun göyərtəsində 35 ekipaj üzvü olub.



Әlaqәli Xәbәrlәr