Siçanlar Fransa nazirliklərinin binalarını işğal etdilər

Fransada siçanlar qış mövsümü başlayınca binalara axın etdilər.

872008
Siçanlar Fransa nazirliklərinin binalarını işğal etdilər

Fransada aralarında Xarici və Daxili İşlər Nazirliklərinin də olduğu çox saylı dövlət binasını siçanlar işğal etdi.

Xəbəri "France İnfo"yaydı.

Daxili İşlər Nazirliyinin binasında otaqlara siçan tələsi və zəhər qoyuldu.

Siçanlarla mübarizə aparmaq məqsədilə Xarici İşlər Nazirliyinin tarixi binasına iki pişik də buraxdılar.

"Noe" ve "Nomi" adlı pişiklərin tarixi binanı bu istiladan xilas edə biləcəkləri maraqla qarşılandı.

Paris Bələdiyyəsi bu il siçanlarla mübarizədə 1800 əməliyyat keçirildiyini bildirdi.

 

 


Etiketlәr: #Fransa , #siçanlar , #pişik

Әlaqәli Xәbәrlәr