Hamiləlik zamanı şəkərli içkilərin istifadəsi körpədə astmanın inkişafına səbəb ola bilər

Bunu Harvard tibb məktəbinin əməkdaşları müəyyən ediblər.

868941
Hamiləlik zamanı şəkərli içkilərin istifadəsi körpədə astmanın inkişafına səbəb ola bilər

Anaların hamiləlik zamanı həddindən artıq şəkərli içki istifadəsi yeddi-on yaş arası uşaqlarda astma riski digərlərinə nisbətən daha yüksəkdir. Bunu Harvard tibb məktəbinin əməkdaşları müəyyən ediblər.

Tədqiqatlarda iştirak edən qadınlar hamiləliklərinin ikinci və üçüncü üçaylığında içdikləri içkilər barəsində bir sıra sualları cavablandırıblar. Bundan əlavə onlar uşaqlarının doğulduqdan sonra 3.3 yaşına qədər nə ilə qidalandıqları barəsində də danışıblar. Mütəxəssisləri qidada istifadə edilən fruktoza miqdarı maraqlandırırdı.

Araşdırma göstərib ki, 7-9 yaş arası uşaqların 19 faizi astmadan əziyyət çəkir. Hamiləlik zamanı həddindən artıq fruktozadan istifadə edənlərin uşaqlarında bu xəstəliyə 61 faiz, şəkərli içkiləri daha çox içənlərin övladlarında isə 63 faiz daha çox rast gəlinib.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr