Rusiya qış olimpiya oyunlarına qatıla bilməyəcək

Beynəlxalq Olimpiya Komitəsi Rusiyaya 2018 Qış Olimpiya Oyunlarına qatılmağı qadağan edib.

862091
Rusiya qış olimpiya oyunlarına qatıla bilməyəcək

Beynəlxalq Olimpiya Komitəsinin İcraiyyə Komitəsi Rusiya yığmasını 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində  keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına qadağa qoyub. Qərar  qurumun  ötən gün İsveçrədə  keçirilmiş iclasında  qəbul  edilib. Buna əsasən, Rusiyanın idmançıları 2018-ci ildə Cənubi Koreyanın Pxenyan şəhərində keçiriləcək Olimpiya Oyunlarından kənarda qalacaq. Sözügedən qərar dərhal qüvvəyə minib. Beynəlxalq Olimpiya Komitəsinin növbəti qənaətinə görə, 4 il əvvəl Soçidə keçirilmiş Qış Olimpiya Oyunlarında iştirak etmiş bütün rus idmançılardan dopinq testlər götürüləcək. Yasaqlı maddələrdən istifadə etməmiş idmançılar sərbəst şəkildə 2018-ci il Qış Olimpiadasına qatıla biləcəklər. Onlardan hansısa biri çempion olacağı halda Beynəlxalq Olimpiya Komitəsinin (İOC) bayrağı dalğalandırılacaq və himni səsləndiriləcək. Dördilliyin ən böyük idman yarışına qatılacaq rus idmançıların siyahısını Müstəqil Dopinq Nəzarət Komitəsi (İTA) hazırlayacaq. Maraqlıdı ki, Olimpiadaya nə həkimlər, nə də məşqçilər buraxılmayacaqlar.  Rusiya isə ölkə olaraq Pxenyanda təmsil olunmayacaq.  

 



Әlaqәli Xәbәrlәr