Vulkan yenidən fəallaşdı, təyyarə  reysləri ləğv edildi

İndoneziyanın Lombok adasında yerləşən Rinjani vulkanının yenidən fəallaşması iki turist adadakı hava limanlarının bağlanması ilə nəticələnib.

860589
Vulkan yenidən fəallaşdı, təyyarə  reysləri ləğv edildi

The Quardianın  xəbərinə   görə     Milli Fəlakət Zərərlərini Azaltma Agentliyinin sözçüsü Sutopo Purvo Nuqroho açıqlama verərək, dünən yenidən fəallaşan Rinjani vulkanından püskürən külün 3500 metr hündürlüyə qədər qalxdığını bildirib.

"Bali adasında yerləşən Nqurah Rai Beynəlxalq Aeroportu ilə Lombok adasındakı Mataram Selaparanq aeroportunda uçuşlar dayandırılıb", - deyə Nuqroho bildirib.

İndoneziya Nəqliyyat Nazirliyinin sözçüsü Culius Barata da küllərin görmə məsafəsinə mənfi təsir etdiyini deyib. O, Nqurah Rai Beynəlxalq aeroportunun ən azı sabaha qədər fəaliyyət göstərməyəcəyini qeyd edib.

 Bali və Lombok adalarında təyyarə reyslərinin ləğv edilməsi səbəbi ilə minlərlə turistin bu adalarda qaldığı vurğulanıb.

 



Әlaqәli Xәbәrlәr