Dubayda “Mars şəhəri” inşa ediləcək

İki il yarımdan sonra Dubayda “Mars şəhəri” fəaliyyətə başlayacaq.

849575
Dubayda “Mars şəhəri” inşa ediləcək

İki il yarımdan sonra Dubayda “Mars şəhəri” fəaliyyətə başlayacaq. Birləşmiş Ərəb Əmirliklərində çıxan “Khaleej Times” nəşri BƏƏ Kosmik Agentliyinin nümayəndəsi Nasir Al-Ahbabiyə istinadla yazır ki, şəhərdə Mars planetindəki həyat şəraitinin real modeli yaradılacaq.

“Mars siti” indiyədək dünyada inşa edilmiş ən iri kosmik şəhər və Mars səthindəki həyatın real şəkildə modelləşdirilmiş nümunəsi olacaq. Şəhər konstruksiyaların möhkəmliyini təmin edən innovativ tikinti metodları, insan məskənləri və yaşıllıqları olan bir neçə günbəzdən ibarət olacaq. Layihə ərzaq, enerji və su layihələrini, habelə kənd təsərrüfatı məhsullarını və ərzaq təhlükəsizliyi məsələlərini tədqiq edəcək laboratoriyaları əhatə edir. Şəhərdə muzey və elmi mərkəzlər də inşa ediləcək.

 

Mənbə:AZƏRTAC



Әlaqәli Xәbәrlәr