Burundidə sevgililərə evlənmələri üçün ilin sonuna dək möhlət verilib

Şərqi Afrika ölkəsi olan Burundidə nikahdan kənar əlaqələr qadağan edilib. sevgililərdən ilin sonuna dək rəsmi olaraq evlənmələri təlib edilib.

842986
Burundidə sevgililərə evlənmələri üçün ilin sonuna dək möhlət verilib

Yerli mətbuatın xəbərinə görə May ayında prezident Pierre Nkurunziza, çütlərsi kəbinsiz yaşamalarını qadağa edən qanun layihəsi imzalayıb.

Hal-hazırda nikahdan kənarda yaşayan cütlərə ilin sonuna dək rəsmi nikahla evlənmələri üçün möhlət verilib.

Yeni tətbiqlə cəmiyyətin mənəvi dəyərlərini qorumaq və qadınlar ilə uşaqların şikayətlərinin aradan qaldırılması məqsəd götürülüb.

Kǝbinsiz uşaq doğan qadınların sayının yüksək olduğuna diqqət çəkilən ölkədə bu uşaqların irsdən məhrum olduğqları və qadınlar üçün hüquqi statusun olmadığı qeyd edilir.



Әlaqәli Xәbәrlәr