Dünyanın ən zəngin adamı Ceff Bezos olub

ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.

836014
Dünyanın ən zəngin adamı Ceff Bezos olub

ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib.

Bu barədə  “Forbes” məlumat verib.

“Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa “Microsoft”un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 13.3%, 53 yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

“Forbes”un hesablamalarına  əsasən, hazırda С.Bezosun sərvəti 93,1 milyard təşkil edir, “Bloomberg” isə bu rəqəmin 92,8 milyard olduğunu bildirir. 



Әlaqәli Xәbәrlәr