Dünyanın ilk süni intellekt naziri

Texnologiya dünyasında proqram təminatından tutmuş, robotlar da daxil olmaqla, bütün cihazlara qədər yerləşməyə başlayan “süni intellekt”in artıq nazirliyi yaradılaraq, ona məsuliyyət daşıyan nazir təyin edilib.

832258
Dünyanın ilk süni intellekt naziri

Birləşmiş Ərəb Əmirliyinin dövlət başçısının müavini, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid əl Maktumun sosial  media  hesabından  yaydığı məlumata görə, BƏƏ-nin ilk “süniintellekt naziri”  27 yaşındakı Omar bin Sultan əl Olama təyin edilib.

Bundan öncə, Nazirlər Kabinetində gələcəyə görə cavabdeh direktor olaraq işləyən gənc nazirin fəaliyyət referasına süni intellekt texnologiyası, onun istifadə sahələri və təhlükəsizliyi kimi məsələlər daxil edilib.

BƏƏ ötən günlərdə “2031- süni intellekt strategiyası”nı da paylaşmışdı. Yeni baxışı və strategiyası ilə süni intellektlə bərabər, robotlar, özü özünü idarə edən avtomobillər, pilotsuz hava aparatları və Marsda düşərgə salmaq kimi məsələləri gündəliyinə alan ölkə, 2021-ci ildə kağızla görülən bütün işləri rəqəmsəlləşdirməyi, 2030-cu ildə əmirlikdəki bütün nəqliyyat şəbəkəsinin 25%-ni avtomatlaşdırmağı, 2050-ci ildə istehsal olunan enerjinin 75%-ni təmiz qaynaqlardan əldə etməyi və hatta 2117-ci ildə Marsda koloniya qurmağı hədəfləyir.



Әlaqәli Xәbәrlәr