Günəş sistemindəki ən qədim asteroid qrupu kəşf edilib
ABŞ-ın Sauzvest Araşdırma İnstitutunun astronomlarının liderlik etdiyi beynəlxalq tədqiqatçılardan ibarət kollektiv Mars ilə Yupiter arasındakı asteroid qurşağında bir qrup göy cisminin varlığını təyin edib.
810410

Məlumata görə, asteroid qrupunun qaz nəhəngləri deyilən Yupiter, Saturn, Uran və Neptun kimi xarici planetlərin meydana gəlməsi prosesində ortaya çıxan orbit dəyişmələri zamanı daha böyük asteroidlərin bir-biri ilə toqquşması nəticəsində yarandığı təxmin edilir.
Günəş sistemində kəşf edilən ən qədim asteroid qrupunun yaşının 4 milyard ildən çox olduğu bildirilir.
Mənbə:AZƏRTAC
Әlaqәli Xәbәrlәr
Sibirdə yunlu kərgədan tapılıb
Rusiyanın Sibir bölgəsindəki buzlaqlarda 14 min il əvvəl nəsli kəsilmiş yunlu kərgədan tapılıb.