Xərçəngə və infarkta qarşı inqilabi ixtira

Beynəlxalq mütəxəssislərdən ibarət bir qrup alim kanakinumab peyvəndinin eyni zamanda ürək-damar xəstəlikləri və xərçəngin yaranma riskini aradan qaldırdığını müəyyən ediblər.

801804

Məlumata görə,  aparılan tədqiqatlar zamanı kanakinumab peyvəndi vurulduqdan sonra ölümcül nəticələnmə ehtimalı olanlar da daxil olmaqla, ürək-damar xəstəlikləri riskinin 15 faiz, damarların şuntlanma ehtiyacının isə 30 faizə azaldığı bəlli olub.

Xərçəng xəstəliyinin isə, xüsusilə ağciyər xərçəngi riskinin 75 faiz azaldığı müəyyən edilib. Bunun baş vermə səbəbləri hələ də tam aydınlanmayıb. 

Tədqiqatlarda ortalama 61 yaşında, miokard-infarkt keçirmiş 17,5 min nəfər iştirak edib.

Mənbə:AZƏRTAC

Әlaqәli Xәbәrlәr