Leonardo DiCaprio “Harvey” qasırğasından zərər çəkənlərə bir milyon dollar yardım etdi

Amerikalı aktyor Leonardo DiCaprio xeyriyyə fondu “Harvey” qasırğasından zərər çəkənlərə yardım məqsədilə bir milyon dollar ayırıb.

799225

Bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, “One Way” təşkilatının rəhbəri Brian Gallagher yardıma görə aktyora təşəkkürünü bildirib: “Biz Leonardo DiCaprio və onun fonduna əliaçıqlığa görə son dərəcədə minnətdarıq. Qasırğanın vurduğu ziyan bizdən ən yaxşını tələb edir”.

Xəbər verildiyi kimi, bir qədər əvvəl Oscar mükafatı laureatı Sandra Bullock
da qasırğadan zərər çəkənlərə yardım üçün bir milyon dollar yardım edib. Vəsait Amerika Qırmızı Xaç Komitəsinə köçürülüb.

Qeyd edək ki, Texasda tüğyan edən “Harvey” qasırğası nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

Mənbə: AZƏRTAC

Әlaqәli Xәbәrlәr