Fransa prezidenti Emmanuel Makron 3 ayda makiyaja 26 min avro xərcləyib

Fransa prezidentinin vizajistinin adı Nataşadır. O, seçki kampaniyası zamanı E. Makronla çalışıb.

796100
Fransa prezidenti  Emmanuel Makron 3 ayda makiyaja 26 min avro xərcləyib

Fransa prezidenti Emmanuel Makron üç ay ərzində vizajistin xidmətlərinə görə 26 min avro xərcləyib.

 Jurnalistlər respublika başçısının 10 min avro və 16 min avro xərclədiyini təsdiq edən iki hesab tapıblar. Bildirilir ki, vizajistin adı Nataşadır, o seçki kampaniyası zamanı E. Makronla çalışıb.

Xatırladaq ki, Fransanın keçmiş Prezidenti F. Olland öz ustasına ayda altı min avro ödəyirdi. O, həmçinin bərbərə ayda 9895 avro pul verirdi. Qeyd edək ki, 39 yaşlı E. Makron 14 may 2017-ci il tarixində dövlət başçısı vəzifəsini tutub. Bununla da, o, Beşinci respublikanın tarixində ən gənc prezident olub.



Әlaqәli Xәbәrlәr