Tam günəş tutulmasını milyonlar izlədi

38 il sonra baş verən tam günəş tutulmasını izləyə bilmək üçün ABŞ-nın  14  əyalətində milyonlarla insan  küçələrə axışdı.

794258
Tam günəş tutulmasını milyonlar izlədi
Donald Trump.jpg

Mütəxəssislərə  görə  Günəş tacı əvvəlki tutulmalarla müqayisədə bir neçə dəfə böyük olub. Tutulma müddəti 2 dəqiqə 40 saniyə, yer səthində Ayın kölgəsinin eni isə115 kilometr təşkil edib. 

 Türkiyə  vaxtı ilə  17:47-də başlayan proses saat 20:26-da maksimumda olub.

Qismən Qərbi Avropa və Cənubi Amerikanı əhatə edən nadir təbiət hadisəsini yalnız ABŞ sakinləri müşahidə edə biliblər.

İlk dəfə olaraq ABŞ-ın bütün ştatlarını əhatə edən Günəş tutulmasına “Böyük Amerika tutulması” adı verilib. Tutulma zamanı Günəş aktivliyi dünyanın ən güclü teleskopu olan DKIST vasitəsi ilə izlənilib.

Növbəti Günəş tutulmasının 2 sentyabr 2035-ci ildə baş verəcəyi ehtimal olunur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da günəş tutulmasını Paytaxt Vaşinqtonda Ağ Evin Mavi Otaq balkonundan izləyib.



Әlaqәli Xәbәrlәr