Çili milyon dollarlıq layihəni qəbul etmədi
Çili milyon dollarlıq dəmir mədəni layihəsini dənizlərə zərər verəcəyinə görə qəbul etmədi.

Çili milyon dollarlıq dəmir mədəni layihəsini dənizlərə zərər verəcəyinə görə qəbul etmədi.
“BBC”nin məlumatına görə, rəsmi Santiago Andes İron şirkətinin ölkənin şimalındakı Coquimbo bölgəsində dəmir mədənçiliyi ilə məşğul olma və liman tikmə layihəsini ekologiya üçün kifayət səviyyədə zəmanət vermədiyi üçün qəbul etməyib.
Çilinin ekologiya naziri Marcelo Mena ölkənin inkişafına qətiyyətlə inandığını, ancaq bunun qarşısında ətraf-mühitə, mədəniyyət irsinə, sağlamlığa ziyan vurulmamasının vacibliyinə toxunub.
Andes İron şirkətinin Çili Milli Mədən Birliyinin “mədənçilik və ölkə üçün pis xəbər” olaraq dəyərləndirdiyi qərar üçün məhkəməyə müraciət edə biləcəyi bildirilib.
Әlaqәli Xәbәrlәr

Tajima: “Türkiyəyə valeh oldum”
4 qitədə 13 ölkəni gəzən Yapon fotoqraf Hirohisa Tajima Türkiyəyə məftun oldu